Eurofreeze Antifreeze AFG 13, 5L

Eurofreeze Antifreeze AFG 13 aşağıdakıları əhatə edən, dizel və benzin mühərriklərinə malik minik və yük avtomobillərinin soyutma sistemləri üçün nəzərdə tutulmuş aşağı temperaturlara davamlı soyuducu mayedir.Tərkibi:

Ölçü:





Kod: AFG13
Kateqoriya: Antİfrizlər
Brend: Eurofreeze

Eurofreeze Antifreeze AFG 13 aşağıdakıları əhatə edən, dizel və benzin mühərriklərinə malik minik və yük avtomobillərinin soyutma sistemləri üçün nəzərdə tutulmuş aşağı temperaturlara davamlı soyuducu mayedir.

Tərkibi:

Su-glikol qarışığı

Yüksək effektiv qatqılar paketi

Boyaq maddəsi

Üstünlükləri:

Müasir maye soyutma sisteminə malik mühərriklərdə istifadə üçün uyğundur.

Monoetilenqlikol və demineralizasiya olunmuş sudan ibarət yüksək keyfiyyətli tərkibi, mühərrikin -35°C-ə qədər temperaturda optimal işləmə şəraitini təmin edir.

Soyutma sisteminin elementlərini effektiv şəkildə korroziyadan qoruyur.

Fosfat, borat, nitrit, nitrat kimi zərərli maddələrdən azaddır.

Tam istifadəyə hazırdır.

Oxşar soyuducu mayelərlə uyğun gəlir.

Ehtiyat tədbirləri:

İşlənmiş mayeni açıq torpağa və ya kanalizasiyaya tökmək qadağandır. İstifadə olunmuş maye nəqliyyat vasitəsinin istismar təlimatlarına uyğun şəkildə utilizasiya edilməlidir.

Maye ilə uzun müddətli təmasdan çəkinin; rezin əlcək və qoruyucu eynəkdən istifadə edin.

Gözlə təmas halında dərhal axar su ilə yuyun.

Maye udulduqda çoxlu miqdarda su için və həkimə müraciət edin.

Uşaqlardan uzaq saxlayın! Zəhərlidir! İçmək qəti qadağandır!

Saxlama şərtləri:

Mayeni -35°C-dən +35°C-ə qədər temperaturda, yaxşı havalandırılan qapalı yerlərdə saxlayın.

Güneş işığından, atmosfer çöküntülərindən və açıq alovdan uzaq, möhürlü qabda saxlanmalıdır.

İstifadə müddəti:

İstehsal tarixindən etibarən 5 il ərzində istifadə edilməlidir.

Standartlar:

SAE J1034, ASTM D3306, ASTM D4985, Mercedes DBL 7700, MAN 324, GM US 6277 M, Chrysler MS 9176, BMW N 600 69.0, Volvo (req. № 260), Ford ESD-M97B49-A, Opel GM QL 130100, VAG TL774C.