MANNOL Brake Fluid DOT-5.1 3005

Son nəsil tam sintetik, aşağı viskozitəli əyləc mayesi, DOT 5.1 spesifikasiyasını tələb edən hidravlik əyləc və mufta sistemləri üçün nəzərdə tutulmuşdur.Müasir ABS (Bloklanma Əleyhinə Əyləc Sistemi) və ESP ...




Son nəsil tam sintetik, aşağı viskozitəli əyləc mayesi, DOT 5.1 spesifikasiyasını tələb edən hidravlik əyləc və mufta sistemləri üçün nəzərdə tutulmuşdur.
Müasir ABS (Bloklanma Əleyhinə Əyləc Sistemi) və ESP (Elektron Sabitlik Nəzarət Sistemi) ilə təchiz olunmuş nəqliyyat vasitələri üçün xüsusi hazırlanmışdır, hər cür şəraitdə optimal performans təmin edir.

Məhsul Xüsusiyyətləri:

Xüsusi aşqar paketi və istiliyədavamlı sintetik əsas sayəsində aşağı temperatur şəraitində yüksək sabitliyə malikdir və əyləc sisteminin dəqiq və yumşaq işləməsini təmin edir;

Hər cür hava şəraitində etibarlı əyləc performansı təmin edir, artırılmış qaynama nöqtəsi (>260°C)mükəmməl aşağı temperatur xüsusiyyətləri (-40°C və aşağı) sayəsində soyuq iqlimlərdə belə təhlükəsiz istismar imkanı yaradır;

DOT 4 ilə müqayisədə daha aşağı viskozitelidir, bu isə ABS və ESP sistemlərində daha sürətli reaksiya müddəti təmin edir;

Mükəmməl kimyəvi və istilik sabitliyi, mayenin uzun müddət ərzində tərkibini qoruyub saxlamasına imkan yaradır;

Əla viskozite-temperatur xüsusiyyətləriyüksək sürtkü qabiliyyəti, bu da aşınmanı azaldaraq əyləc komponentlərinin ömrünü uzadır;

Su kondensasiyasını neytrallaşdırır və buxar qabarcıqlarının əmələ gəlməsinin qarşısını alır, bu isə davamlı və sabit əyləc performansı təmin edir;

Elastomer materiallarla tam uyğundur, rezin detalların deformasiyasının qarşısını alır;

Əyləc sisteminin bütün metal hissələrinə qarşı neytraldır, onların korroziyaya uğramasını əngəlləyir.

Uyğunluğu:

Eyni sinfə aid bütün sintetik əyləc mayeləri (DOT 5.1) ilə, həmçinin DOT 3 və DOT 4 mayeləri ilə uyğundur.

DOT 5 (silikon əsaslı) və mineral yağ əsaslı əyləc mayeləri ilə uyğun deyil!

Vacib Qeyd:

Boya və lak örtüklərinə aqressiv təsir göstərə bilər! Avtomobilin korpusuna təmasdan çəkinin.

Nəqliyyat vasitəsinin istismar təlimatında göstərilən istehsalçı tövsiyələrinə ciddi şəkildə əməl edin!