MANNOL TS-9 UHPD 10W-40 Nano 7109

Yeni nəsil yüksək yüklənmiş və yüksək sürətli, turbo və turbonsuz ağır dizel mühərrikləri üçün bütün mövsümlük sintetik, aşağı kül tərkibli mühərrik yağıdır. Aşağı kükürdlü yanacaqla işləyən mühərriklər üçün nəzərdə tutulub. Yağ, 1998-ci ildən sonra ist...




Ölçü:





Kod: 7109
Kateqoriya: Yarı-sintetik
Brend: Mannol

Yeni nəsil yüksək yüklənmiş və yüksək sürətli, turbo və turbonsuz ağır dizel mühərrikləri üçün bütün mövsümlük sintetik, aşağı kül tərkibli mühərrik yağıdır. Aşağı kükürdlü yanacaqla işləyən mühərriklər üçün nəzərdə tutulub. Yağ, 1998-ci ildən sonra istehsal olunmuş və ağır şəraitdə işləyən ağır texnika (3.9 tondan yuxarı) üçün Avropa, Amerika və Yaponiya istehsalçılarının tələblərini özündə birləşdirən GLOBAL-DHD-1 standartına uyğundur.

Xüsusiyyətlər:

-Yüksək keyfiyyətli sintetik baza və innovativ qatqılar geniş temperatur aralığında ideal özlülük təmin edir, aşınmaya və sürtünməyə qarşı maksimum qoruma yaradır, mühərrikin ömrünü uzadır və yanacaq sərfiyyatını azaldır

-Yüksək termal və oksidləşmə dayanıqlığı çöküntülərin yaranmasını minimuma endirir və mühərriki təmiz saxlayır

-Aşağı buxarlanma və yüksək alışma temperaturu yağ sərfini azaldır, uzun dəyişmə intervalı (60.000 km-ə qədər) təmin edir

-Aşağı temperaturda (-30°C-yə qədər) əla işə düşmə və pompalanma xüsusiyyətləri

-DPF, TWC, EGR və SCR sistemləri ilə tam uyğundur (Low SAPS texnologiyası)

-Korroziyaya qarşı effektiv qoruma

-Aşaq köpüklənmə və havalanmaya qarşı davamlılıq

-Quruma (soot) səbəbilə özlülük artımına qarşı stabillik

-LNG və LPG mühərrikləri üçün uyğundur

Tətbiq sahəsi:

Euro I–VI standartlı, ağır yük altında işləyən yük maşınları, avtobuslar, tikinti, kənd təsərrüfatı və xüsusi texnika üçün nəzərdə tutulub. CJ-4 və ya daha aşağı səviyyə tələb olunan mühərriklər üçün uyğundur.