MANNOL Diesel Jet Cleaner 9956

Güclü, sürətli təsirli dizel inyektor təmizləyicisi – turbo və atmosfer dizel mühərrikləri, egzoz qazlarının təmizləmə sisteminə malik və ya olmayan mühərriklər üçün kompleks təsirə malik vasitədir. Xüsusilə işə düşmə problemləri və nas...






Kod: 9956
Kateqoriya: Dizel üçün
Brend: Mannol

Güclü, sürətli təsirli dizel inyektor təmizləyicisi – turbo və atmosfer dizel mühərrikləri, egzoz qazlarının təmizləmə sisteminə malik və ya olmayan mühərriklər üçün kompleks təsirə malik vasitədir. Xüsusilə işə düşmə problemləri və nasaz işləmə halları olan mühərriklər üçün tövsiyə olunur.

Məhsulun xüsusiyyətləri:

-İnyektorları tez və effektiv şəkildə təmizləyir, qatran, karbon və digər çöküntüləri aradan qaldırır; iynələrin yapışmasını önləyir;

-Setan ədədini artırır, yanacağın sakit, hamar və tam yanmasını təmin edir;

-İşə düşməyi asanlaşdırır, titrəmələri və mühərrikin zəif sürət reaksiyasını aradan qaldırır, boş dövri sürəti stabilləşdirir və yanacağın buxarlanmasını yaxşılaşdıraraq mühərrik gücünü artırır; egzoz qazlarının toksikliyini azaldır;

-Yanacaq qənaətinə kömək edir;

-Yanacaq sisteminin əsas komponentlərini (yüksek təzyiqli yanacaq nasosu, inyektorlar, nasos-inyektorlar və s.) və silindr-porşen qrupu hissələrini əlavə yağlayır, bahalı təmirin qarşısını alır, onların və mühərrikin ömrünü uzadır;

-Yanacaq sistemini korroziyadan qoruyur;

-İnyektorlar və yanacaq sisteminin digər hissələrində çirklənmə və çöküntülərin yaranmasının qarşısını almaq üçün istifadə edilə bilər.

Tətbiq qaydası:
Yanacaqdoldurma zamanı 250 ml məhsulu 50 litr yanacaqla əlavə edin. Müntəzəm istifadəsi tövsiyə olunur.