MANNOL Motor Doctor 9990
Müasir çoxfunksiyalı mühərrik yağı əlavəsi – Viskozluq sabitləşdiricisi böyük km yürüşlü mühərriklərdə yağ təzyiqini bərpa etmək və onun istehlakını azaltmaq üçün nəzərdə tutulmuşdur.Məhsulun xüsusiyyətləri:<...
Müasir çoxfunksiyalı mühərrik yağı əlavəsi – Viskozluq sabitləşdiricisi böyük km yürüşlü mühərriklərdə yağ təzyiqini bərpa etmək və onun istehlakını azaltmaq üçün nəzərdə tutulmuşdur.
Məhsulun xüsusiyyətləri:
-Xüsusi modifikator yağın viskozluq indeksini artırır, bu isə yağın yanma kamerasına daxil olmasının qarşısını alır, nəticədə karbon çöküntülərinin yaranması azalır və egzoz qazlarının tüstülənməsi aradan qaldırılır;
-Aşınmaya qarşı komponentlər mühərrik hissələrinin istənilən km-də aşınmasını minimuma endirir və ömrünü uzadır;
-Yağın sürtünən hissələrdə sabitliyini və davamlılığını artırır, soyuq startı asanlaşdırır və start zamanı aşınmanı azaldır;
-Çətin əməliyyat şəraitində və yanacağın yağı seyriltməsi hallarında xüsusilə effektivdir;
-Benzin və dizel mühərrikləri üçün, həmçinin bütün növ mühərrik yağları (sintetik, mineral və s.) ilə uyğundur.
Rəng: sarı-qəhvəyi.
Tətbiq qaydası:
Mühərrik iş temperaturuna çatdıqdan sonra hər yağ dəyişməsində təzə mühərrik yağına əlavə edin. Bir qabın məzmunu 5 litrə qədər yağ sistemləri üçün kifayətdir.